AFF tərəfindən Xəzər dənizinə 100 000 nərə və 20 000 Xəzər qızılbalığı buraxılıb

AFF tərəfindən Xəzər dənizinə 100 000 nərə və 20 000 Xəzər qızılbalığı buraxılıb






presstv

"Presstv"az #Azərbaycan, #Hakim, #Hava Yolları, #Heydər Əliyev, #İlham Əliyev, #Məcnun Məmmədov, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

22 may 2025-ci il tarixində Neftçala rayonunda “LU-MUN Holding”in törəmə şirkəti olan “Azerbaijan Fish Farm” MMC 22 May – Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə həyata keçirilən genişmiqyaslı ekoloji təşəbbüs çərçivəsində Xəzər dənizinə 100 000 nərə balığı və 20 000 Xəzər qızılbalığı buraxaraq bu əlamətdar günü qeyd etdi.

Tədbir Neftçala Olimpiya Kompleksində baş tutdu və 170-dən çox fəxri qonağın iştirakı ilə yadda qaldı. Qonaqlar arasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ekologiya Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, xarici səfirliklər, ətraf mühit üzrə qeyri-hökumət təşkilatları, akvakultura və dayanıqlı inkişaf sahəsinin mütəxəssisləri, eləcə də aparıcı korporativ şirkətlərin təmsilçiləri yer alıblar. Bu tədbir “Azerbaijan Fish Farm” şirkətinin nəsli kəsilməkdə olan balıq növlərinin bərpası və Xəzər dənizinin ekosisteminin qorunmasına olan dərin sadiqliyini bir daha nümayiş etdirdi.

Builki təşəbbüs bir sıra strateji tərəfdaşların dəstəyi ilə həyata keçirilib. Onların sırasında “Azerbaijan Poultry Company” (Mercan), AZAL, SOCAR, “Wings” (Sakura), “Gilan Holding”, “Azvarvara”, “CMS Properties”, “Alltech Coppens” şirkətləri yer alır. Bu şirkətlər dayanıqlı təcrübələrin təşviqi və ətraf mühitin mühafizəsi sahəsində nümunəvi fəaliyyət göstərirlər.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bildirib ki, Prezident İlham Əliyevin 2024-cü ilin dekabrında imzaladığı fərmana əsasən, ölkədə balıqçılıq və akvakulturanın inkişafı məqsədilə Balıqçılıq və Akvakultura Mərkəzi yaradılıb. Bu təşəbbüs Xəzər dənizinin nadir balıq növlərinin qorunması və biomüxtəlifliyin bərpası istiqamətində dövlət səviyyəsində atılan mühüm addımlardan biridir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov ulu öndər Heydər Əliyevin Azərbaycan təbiətinə xüsusi önəm verməsini, onun daim təbii və ilkin toxunulmazlığının qorunması, ölkəmizdə ekosistemin dayanıqlığına yönələn qərarların uğurla icra edilməsini, ümummilli liderin başlatdığı ekoloji siyasətin Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoymasını, layiqincə inkişafını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

“LU-MUN Holding” İdarə Heyətinin sədri Emil Məmmədsadıxov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin təbii resursların qorunması ilə bağlı çağırışları əsasında Neftçalada təşkil olunan bu balıq buraxılışı tədbiri ölkədə biomüxtəlifliyin artırılmasına xidmət edir. Bir neçə şirkətin dəstəyi ilə həyata keçirilən bu təşəbbüs genişmiqyaslı faydalar yaratmaq məqsədilə davamlı əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırır.

“Azerbaijan Fish Farm” şirkətinin direktoru Nurlan Abdinov isə bildirib ki, qarşıya qoyulan əsas məqsəd mərhələli şəkildə təbiətə buraxılan balıqların sayını 1 milyona çatdırmaqdır. Bu təşəbbüs şirkətin “dayanıqlı və bərpaedici akvakultura” prinsipinə sadiqliyini nümayiş etdirir. Nərə və qızılbalıqların təbiətə buraxılması “Azerbaijan Fish Farm”ın gündəlik fəaliyyətinin ayrılmaz hissəsidir.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidentinin müşaviri Fidan Fərzəliyeva çıxışında qeyd edib ki, AZAL-ın “Sıfır/Sıfıra Yaxın Emissiya” Planının tərkib hissəsi olaraq, biomüxtəliflik ESG strategiyamızın əsas sütunlarından birinə çevrilib. Onun sözlərinə görə, dayanıqlılıq bizim üçün eyni zamanda ekosistemlərin bərpası, təbii yaşayış mühitlərinin qorunması və təbiətə əsaslanan layihələrin dəstəklənməsi deməkdir.

Rəsmi hissədən sonra qonaqlar Kür Təcrübi Nərə Balıqartırma Zavoduna səfər etdilər və burada şirkətin müasir texnologiyalar əsasında qurulmuş dayanıqlı balıqçılıq fəaliyyətləri ilə tanış oldular.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv