Dəri qocalması ilə bağlı şokedici HƏQİQƏT

Dəri qocalması ilə bağlı şokedici HƏQİQƏT






presstv

"Presstv"az #Allergiya, #DNT, #Günəş, #Qocalma, #Rusiya, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dəridə görünən yaşa bağlı dəyişikliklərin 90 faizi təbii qocalmadan deyil, ultrabənövşəyi şüaların dağıdıcı təsirindən qaynaqlanır.

presstvaz xəbər verir ki, bu barədə rusiyalı kosmetoloq Yelizaveta Şuxman “İzvestiya” nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, 40-50 yaşdan sonra baş verən təbii qocalmadan fərqli olaraq, fotoqocalma əlamətləri artıq 30 yaşlı insanlarda, xüsusən də günəş vannalarından (qaralmadan) tez-tez istifadə edənlərdə müşahidə oluna bilər.

Kosmetoloq bildirib ki, fotoqocalma mürəkkəb bioloji prosesdir. Bu zaman ultrabənövşəyi şüalar DNT hüceyrələrinə düzəlməz ziyan vurur, kollagen lifləri və elastini məhv edir, dərini elastiklikdən və təravətdən məhrum edir.

“Fotoqocalmanın mexanizmi yaxşı öyrənilib: A tipli (UVA) ultrabənövşəyi şüalar dərinin dərin qatlarına nüfuz edərək sərbəst radikalların əmələ gəlməsinə səbəb olur. Bu aqressiv molekullar oksidativ stresin zəncirvari reaksiyasını işə salır, hüceyrə membranlarını və vacib zülalları zədələyir”, – deyə Yelizaveta Şuxman qeyd edib.

Mütəxəssisin sözlərinə görə, fotoqocalma vaxtından əvvəl yaranan qırışlar, hiperpiqmentasiya, “hörümçək damarlar” (genişlənmiş kapilyarların görünməsi) və aydın üz konturunun itməsində özünü göstərir. Bu dəyişikliklər ilk növbədə açıq qalan nahiyələrdə – üz, boyun, dekolte zonası və əllərdə nəzərə çarpır. Paltarla örtülü dəri isə daha uzun müddət gənc qalır.

Maraqlı faktdır ki, tünd dərili insanlarda təbii filtr olan melanin daha yüksək olduğuna görə, zərərli şüaların 50 faizini bloklayır və dəri daha yavaş qocalır. Bununla belə, heç bir dəri tipi fotoqocalmadan tam qorunmayıb.

Effektiv profilaktika üçün kompleks yanaşma vacibdir:

– SPF 30+ tərkibli günəşdən qoruyucu kremlərdən hətta buludlu havalarda belə gündəlik istifadə,
– antioksidantlardan (C və E vitaminləri, resveratrol) faydalanmaq,
– peşəkar kosmetik prosedurlar.

“Müasir günəşdən qoruyucu vasitələrdə iki növ filtr olur: fiziki (mineral – sink oksidi və ya titan dioksidi əsasında) dəridə əks etdirici baryer yaradır, kimyəvi filtrlər (avobenzon, oktokrilen) isə ultrabənövşəyi şüanı udaraq onu təhlükəsiz istiliyə çevirir”, – deyə kosmetoloq izah edib.

Onun sözlərinə görə, birinci növ (fiziki) ağ iz buraxa və məsamələri bağlaya bilər, ikincisi isə həssas dəridə allergiyaya səbəb ola bilər. İdeal seçim hər iki növ qoruyucunun üstünlüklərini birləşdirən hibrid formulalardır.

Mütəxəssis xatırladır ki, ən yaxşı günəşdən qoruyucu krem belə hər iki saatdan bir, eləcə də üzdükdən sonra yenilənməlidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv