Məhkəmə kürəkənini döyən qayınata ilə bağlı qərar verdi

Məhkəmə kürəkənini döyən qayınata ilə bağlı qərar verdi






presstv

"Presstv"az #Bakı, #Bakı Apellyasiya Məhkəməsi, #Hadisə, #Hövsan qəsəbəsi, #Körpə, #Məhkum, #Rusiya, #Suraxanı rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Kəramət Əmirovun (adı, soyadı şərtidir – red.) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, keçirilən sonuncu prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməyib, apellyasiya protesti təmin olunub, Suraxanı Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə 4 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, hadisə 2 iyul 2024-cü il tarixdə, saat 22 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, Kəramət Əmirovla bacısı oğlu və kürəkəni olan zərərçəkmiş Ziyad Quliyev (şərti) arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Cinayət materialında qeyd edilib ki, zərərçəkmiş arvadını körpə övladı ilə birlikdə tək qoyaraq razılıq olmadan işləmək məqsədi ilə Rusiyaya getməyi planlaşdırıb. Təqsirləndirilən şəxs də buna görə kürəkəninə zəng edərək irad bildirib.

Kəramət Əmirov ifadəsində söyləyib ki, Ziyada “ağıllı ol, qulağını dartaram” deyib. Kürəkən isə cavabında qeyd edib ki, “başın üçün deyil”. Sonra zərərçəkmişin evinə gedən Kəramət mübahisə zamanı ona iki dəfə yumruq zərbələri endirərək, sağlamlığa az ağır vurmaya aid xəsarətlər yetirib.

Hadisədən sonra Kəramət Əmirov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, 4 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv