Buz təbəqələrinin sürətlə əriməsinin dünyaya fəlakətli nəticələri açıqlandı

Buz təbəqələrinin sürətlə əriməsinin dünyaya fəlakətli nəticələri açıqlandı






presstv

"Presstv"az #Araşdırma, #Qlobal istiləşmə, #Qrenlandiya, #Yer kürəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qlobal istiləşmə qütb buzlaqlarının sürətlə əriməsinə səbəb olur və bu, dəniz səviyyəsinin bir metrə yaxın yüksəlməsi ilə nəticələnə bilər.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə beynəlxalq alimlər qrupunun “Communications Earth and Environment” jurnalında dərc olunmuş yeni araşdırmasında bildirilib.

Tədqiqatçılar müəyyən ediblər ki, hətta qlobal temperatur artımının 1.5°C səviyyəsində saxlanılması belə, Qrenlandiya və Antarktida buzlaqlarını xilas etməyə kifayət etmir. Hazırda Yer kürəsi sənaye dövrünə qədərki səviyyədən 1.2°C artıq istiləşib və bu da geri dönüşü olmayan buz itkisinə səbəb ola bilər.

Alimlər xəbərdarlıq edirlər ki, bu templə davam edərsə, sahil bölgələrində yaşayan yüzmilyonlarla insanın məcburi köçü qaçılmaz olacaq.

Hazırda 230 milyon insan dəniz səviyyəsindən bir metrdən aşağı yüksəklikdə yaşayır. Buzlaqlardakı cüzi dəyişiklik belə sahil xətlərini ciddi şəkildə dəyişdirə bilər. Bu isə iqtisadi və sosial fəsadlara səbəb ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv