Maşınla Xankəndi və Xocalıya getmək istəyənlərə xoş xəbər

Maşınla Xankəndi və Xocalıya getmək istəyənlərə xoş xəbər






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Azərbaycan, #Böyük Qayıdış, #Cəbrayıl, #Füzuli, #Nəqliyyat, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gündən Azərbaycan vətəndaşlarının "Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.

presstvaz xəbər verir ki, artıq vətəndaşlar "Yolumuz Qarabağa" portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətlərinə də səfər edə biləcəklər.

Qeyd edək ki, öncədən portal vasitəsilə yalnız Şuşa, Laçın şəhərləri və Suqovuşan qəsəbəsinə səfər üçün icazə əldə etmək mümkün idi.

"Yolumuz Qarabağa" portalı üzərindən rəsmiləşdirilən icazələr 2 gün müddətində etibarlı olacaq.

Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla, maksimum 9 nəfər üçün icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikası vətəndaşlarına məxsus nəqliyyat vasitəsinin qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Fərdi minik avtomobillərini idarə edən şəxslər "Yolumuz Qarabağa" portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.

Vətəndaşlar həmçinin "Yolumuz Qarabağa" portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv