Türkiyədə İŞİD-ə üzvlükdə şübhəli bilinən yüzlərlə insan həbs edilib

Türkiyədə İŞİD-ə üzvlükdə şübhəli bilinən yüzlərlə insan həbs edilib






presstv

"Presstv"az #DNT, #İraq, #İstanbul, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə xüsusi xidmət orqanları “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının fəaliyyətində iştirakda şübhəli bilinən 298 nəfəri saxlayıb.

presstvaz xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat paylaşıb.

“Təhlükəsizlik idarəsi və polis bölmələrinin 47 əyalətdə iki həftə ərzində həyata keçirdikləri əməliyyatlar nəticəsində İŞİD üzvü olmaqda şübhəli bilinən 298 nəfər saxlanılıb”, – deyə nazir özünün “X” hesabında yazıb.

Əməliyyatlar Adana, Ankara, Antalya, İzmir, Mersin, İstanbul və digər şəhərlərdə aparılıb. Saxlanılanlar İŞİD-in fəaliyyətində iştirakda və terror qruplaşmasını maliyyələşdirməkdə şübhəli bilinirlər.

Qeyd edək ki, Türkiyə xüsusi xidmət orqanları mütəmadi olaraq İŞİD-ə qarşı əməliyyatlar həyata keçirir. Məlumata görə, son bir ildə ölkədə 4 minə yaxın şəxs terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv