Çində qeyri-adi hadisə: Qadın mükəmməl danışdığı ingilis dilini unutdu

Çində qeyri-adi hadisə: Qadın mükəmməl danışdığı ingilis dilini unutdu






presstv

"Presstv"az #Çin, #Hadisə, #Həkim, #Sosial şəbəkələr, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çində bir qrup həkim nadir rast gəlinən bir hadisə ilə qarşılaşıb – 24 yaşlı qadın mükəmməl danışdığı ingilis dilində ünsiyyət qurmaq qabiliyyətini qəfildən itirib və bu, həkimləri heyrətləndirib.

presstvaz xəbər verir ki, bu barədə “Oddity Central” nəşri yazıb.

Qadının sözlərinə görə, o, qəfildən özünü pis hiss edib və şiddətli baş ağrıları başlayıb.

“O, mandarin və kanton dialektlərində sərbəst danışırdı, lakin qəribə şəkildə yalnız ingilis dili bacarığını itirmişdi”, – deyə Quançjou şəhərində yerləşən Quandun əyalət xəstəxanasının neyrocərrahiyyə şöbəsinin müdiri Van Fen bildirib.

Həkimlər əvvəlcə bu vəziyyəti beyin şişi ilə əlaqələndirsələr də, MRT müayinəsi beynin sol nahiyəsində qanaxma olduğunu göstərib. Məhz bu qanaxma qadının ingilis dilində danışmaq funksiyasını müvəqqəti olaraq sıradan çıxarıb.

Neyrocərrahiyə əməliyyatı uğurla başa çatdıqdan sonra qadın ingilis dili qabiliyyətini tam bərpa edib və xaricdəki təhsilinə davam edə bilib.

Hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. Bir çox istifadəçi bu hekayəyə yumorla yanaşaraq “xarici dil öyrənmək üçün əməliyyat” ideyasına zarafatla münasibət bildiriblər:

“Doktor, alman dili üzrə də əməliyyat keçə bilərəm?”, – deyə şərhçilərdən biri yazıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv