İlon Maskın atası: “Qızımı YEMƏK İSTƏYƏN üç qulduru öldürdüm”

İlon Maskın atası: “Qızımı YEMƏK İSTƏYƏN üç qulduru öldürdüm”






presstv

"Presstv"az #Ailə, #Hadisə, #İlon Mask, #Karate

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amerikalı milyarder İlon Maskın atası, 79 yaşlı Errol Mask illər sonra dəhşətli bir olayı etiraf edib. O, 1998-ci ildə Cənubi Afrikanın Yohannesburq şəhərində üç silahlı şəxsi güllələyərək öldürdüyünü bildirib. Errolun sözlərinə görə, həmin şəxslər onun qızını oğurlamaq, öldürmək və meyitini bişirib yemək niyyətində imişlər.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə o, “Mirror” qəzetinə müsahibəsində danışıb.

Errol bildirib ki, dəhşətli hadisə Mask ailəsinin Sandtondakı evində baş verib. Həmin gün 7-8 nəfərlik silahlı dəstə gecə vaxtı evə gizlicə daxil olub. Errol onlarla üz-üzə gələndə, ilk atəşi də elə onlar açıblar. Buna baxmayaraq, o, iki atəşlə üç hücumçunu zərərsizləşdirə bilib.

Ümumilikdə 52 güllə atıldığını deyən Errol hadisədən xəsarətsiz qurtulduğunu və bunun karate ilə məşğul olması sayəsində mümkün olduğunu vurğulayıb.

“Məni vursaydılar, sadəcə öləcəkdim. Amma qızımı ələ keçirsəydilər… Onu öldürüb bişirəcək və yeyəcəkdilər. Polis mənə dedi ki, bu cür dəstələr insan orqanlarını, xüsusən barmaq və digər əzaları yeyərək cadugərlik yolu ilə ömürlük uğur qazanacaqlarına inanırlar”, – deyə Maskın atası xatırlayır.

Errolun sözlərinə görə, hadisədən sonra o, “ehtiyatsızlıqdan adam öldürmə”də ittiham olunub, lakin özünümüdafiə məqsədilə hərəkətlərinə görə bəraət qazanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv