Əminə Əliyevanın qələbəsi: Emin Ağalarov qızının çempionluq yolundan danışdı

Əminə Əliyevanın qələbəsi: Emin Ağalarov qızının çempionluq yolundan danışdı






presstv

"Presstv"az #Boks, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #İlham Əliyev, #Leyla Əliyeva, #Mehriban Əliyeva, #Stres, #Təbrik, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəvəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Xalq artisti, sahibkar Emin Ağalarovun qızı Əminə Əliyeva kunq-fu üzrə dünya çempionu olub.

presstvaz bildirir ki, Media.Az-a verdiyi müsahibəsində Emin Ağalarov qızının qələbəsi ilə bağlı hisslərini bölüşüb, onun çempionluğa gedən yolundan danışıb və övladlarını necə dəstəklədiyini açıqlayıb.

Əminənin kunq-fu üzrə dünya çempionluğu münasibətilə sizi təbrik edirik. Biz də onunla fəxr edirik. Bir qız üçün çox çətin idman növüdür. Nə qədər vaxtdır məşğul olur? Onun üçün kim nümunə olub?

– Uşaqlarımın seçdiyi hər hansı sahədə onları dəstəkləməyə çalışıram. Xatırlayırsınızsa, Əlişka (Əli Ağalarov – red.) bir müddət musiqi ilə məşğul olurdu. Biz də onun yaradıcılığına böyük maraq göstərirdik. Əminə isə il yarım-iki il əvvəl kikboksinq və taekvondo ilə maraqlanmağa başladı. Mənə elə gəldi ki, bu onun çox xoşuna gəlir, stresdən çıxmağa kömək edir. Ümumiyyətlə, idman intizamlı olmaqdır, çox faydalıdır.

Bir neçə ay əvvəl o dedi ki, yaxınlarda məşq toplanışı olacaq və o, beynəlxalq yarışlarda iştirak etmək istəyir. Mənim ilk reaksiyam “bəlkə lazım deyil” oldu. Axı o qızdır, mən özüm boksla məşğul olmuşam və bunun nə qədər travmatik ola biləcəyini bilirəm. Amma o dedi ki, bunu çox sevir və sınamaq istəyir. Mən cavab verdim ki, əgər qərar veribsə, lap yaxşı, amma başa düşməlidir ki, bu ciddi məşqlər deməkdir. Bu o demək deyil ki, sən sadəcə gedib medal qazanacaqsan.

O, gücləndirilmiş rejimdə məşq etməyə başladı…

– Son bir neçə aydır o, peşəkar məşqçi ilə gündə iki dəfə, hər dəfə 2-3 saat məşq edirdi. Türkiyədə məşq düşərgəsində oldu, sonra buraya qayıtdı, hazırlığını davam etdirdi və nəticədə çempionata yollandı.

…və qızıl medal qazandı

– Bəli, əgər görüntüləri izləmisinizsə, onun ilk və ikinci döyüşlərində, o cümlədən finalda, rəqiblərinə nəfəs almağa belə fürsət vermədiyini görə bilərsiniz. Həmişə hücum edirdi. Mən çox xoşbəxtəm və fəxr edirəm. Əlbəttə, bu, Olimpiya oyunları deyil, amma bu onun ilk şəxsi qələbəsidir. Mən onunla çox fəxr edirəm. Dünən onu aeroportda qarşıladım. Onu digər çempionlar, medalçılar, musiqiçilər qarşıladılar… Bu onun üçün çox əhəmiyyətli idi, çünki Əminə kifayət qədər təvazökar, sakit və çox az danışan uşaqdır, müsahibə vermir. Amma dünən onun üçün əsl ulduz anı idi və məncə, bunun öhdəsindən gəldi. Onu evə apardıq, bir az oturub düşündük ki, o bu idman növü ilə məşğul olmağa davam edəcək. Biz anası ilə onu istədiyi qədər dəstəkləyəcəyik.

O, müsahibə zamanı dedi ki, növbəti arzusu Olimpiya çempionu olmaqdır

– Olimpiya oyunlarına çıxmaq üçün bütün seçim mərhələlərini keçmək və çoxlu tələblərə cavab vermək lazımdır. Sizi əmin edirəm ki, istər mən, istərsə də anası onun bu yarışlara getməsində heç bir rol oynamamışıq. Əlbəttə, biz biletlərin alınması və səfərin təşkili ilə bağlı kömək etdik. Amma bu, tamamilə onun və məşqçisinin dəstəklədiyi təşəbbüs idi. Məşqçi ona yol göstərirdi və bu qərar tamamilə onun özünə məxsus idi. O, qələbəsini tamamilə ədalətli şəkildə qazandı ki, bu da məni xüsusilə sevindirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv