Məhkəmə qərarları barədə məlumat üç gün ərzində yeni informasiya sisteminə göndəriləcək

Məhkəmə qərarları barədə məlumat üç gün ərzində yeni informasiya sisteminə göndəriləcək






presstv

"Presstv"az #Avto, #Hakim, #İnzibati Xətalar Məcəlləsi, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məhkəmə qərarları barədə məlumat üç gün ərzində “İcmal” sisteminə göndəriləcək.

presstvaz xəbər verir ki, bu, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan üç gün müddətində onu həmin iş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş prokurora və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə, habelə həmin qərar barədə məlumatı “İcmal” informasiya sisteminə göndərəcək. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya prokuror həmin qərar daxil olduğu vaxtdan üç gün müddətində bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulan məlumatları müvafiq olaraq səlahiyyətli orqanın informasiya sisteminə və ya “Elektron prokurorluq” informasiya sisteminə yerləşdirəcək.

Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs məhkəmə tərəfindən çıxarılan inzibati xəta haqqında iş üzrə qərarlar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq məlumatlandırılacaq.

Bundan başqa, inzibati tənbeh vermə haqqında elektron qərar təsdiqlənməzdən əvvəl “İcmal” informasiya sisteminə ötürüləcək.

Bununla bağlı qanunvericiliyə yeni maddə əlavə olunur.

Belə ki, foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikal nömrə verilməsi üçün “İcmal” informasiya sisteminə ötürülür və həmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndəriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv