ABŞ-də başsız delfinin sirri: Onu oğurlayan şəxs ciddi təhlükədədir

ABŞ-də başsız delfinin sirri: Onu oğurlayan şəxs ciddi təhlükədədir






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Bakteriya, #Dollar, #Hadisə, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Şimali Karolina ştatının Li-Hataf adasında qəribə və bir o qədər də qorxulu hadisə baş verib. Yerli sakinlər sahildə başı kəsilmiş dəniz canlısı taparaq dərhal müvafiq orqanlara xəbər veriblər. Araşdırmalar nəticəsində məlum olub ki, bu, afalina növünə aid bir delfindir.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “IFLScience” xəbər yayıb.

Alimlər delfinin cəsədini təhlil edərkən təhlükəli “Brucella” bakteriyasını aşkarlayıblar. Bu bakteriya insanlara da yoluxa bilir və brusellyoz adlı ciddi infeksiyaya səbəb olur. Xəstəlik yüksək hərarət, halsızlıq, yaddaş pozuntusu və hətta ürək problemləri ilə müşayiət oluna bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, delfinin başını aparan şəxs ciddi sağlamlıq riski altındadır.

Hadisəyə ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) da müdaxilə edib. Qurum bunu dəniz məməlilərinin mühafizəsi haqqında qanunun pozulması kimi qiymətləndirib və məsul şəxsin tapılmasına kömək edəcək məlumat üçün 20 min dollar mükafat təklif edib.

Qanunvericiliyə əsasən, təqsirkar şəxs 100 min dollaradək cərimə və ya bir ilədək həbs cəzası ilə üzləşə bilər.

Hadisə həm hüquqi, həm də tibbi baxımdan ciddi təhlükə siqnalı verir. Alimlər və hüquq-mühafizə orqanları hadisənin detallarını araşdırmağa davam edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv