Ağciyər xərçənginin gizli əlaməti – Barmaq uclarına diqqət yetirin

Ağciyər xərçənginin gizli əlaməti – Barmaq uclarına diqqət yetirin






presstv

"Presstv"az #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağciyər xərçənginin erkən əlamətlərindən biri barmaq uclarında müşahidə edilə bilən dəyişiklikdir. Xüsusilə bu, dırnaqların və onların ətrafındakı dərinin vəziyyəti ilə bağlıdır. Əgər dırnaq lövhəsinin ətrafındakı dəri parıldamağa başlayıbsa, qızarıbsa, bu, narahatedici əlamət ola bilər. Bundan əlavə, bəzi hallarda xərçəng zamanı barmaq uclarındakı yumşaq toxumalar şişir və dırnaqların forması dəyişir.

presstvaz xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Belə bir vəziyyətlə qarşılaşan şotlandiyalı fitnes təlimatçısı Brayan Cemmell yaşadıqlarını bölüşüb.

Onun sözlərinə görə, bu problemi müşahidə etmək üçün baş və ya işarə barmaqlarının dırnaqlarını bir-birinə sıxıb, aralarında romb şəkilli boşluğun olub-olmadığını yoxlamaq lazımdır. Əgər belə boşluq yoxdursa, bu, ağciyər bölgəsində maye toplanmasının mümkün əlaməti ola bilər.

"Mənim vəziyyətimdə yeganə simptom barmaqların bir növ qalınlaşması idi. Onlar sanki bir az şişmişdi. Barmaqlarımı birləşdirəndə həmin rombşəkilli boşluq yox idi", – deyə Cemmell qeyd edib.

Həkimlərin qiymətləndirməsinə görə, bu cür dəyişikliklər ağciyər xərçəngi olan xəstələrin təqribən 10 faizində müşahidə olunur. Bildirilir ki, xərçəng zamanı barmaq uclarındakı dəyişikliklər adətən həm sol, həm də sağ əllərdə baş verir.

Həkimlər əlavə ediblər ki, ağciyər xərçənginin ən çox rast gəlinən simptomlarına aşağıdakılar daxildir:

– İki-üç həftə ərzində keçməyən uzunmüddətli öskürək (çox vaxt gecə və ya səhər yuxudan oyananda müşahidə olunur);

– Sinədə ağrı;

– Təngnəfəslik;

– Apatiya (ümumi ruh düşkünlüyü);

– Sürətli çəki itkisi./oxu.az 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv