Mahir Emreli: “Nürnberq” karyeram qısa, lakin çox gözəl idi”

Mahir Emreli: “Nürnberq” karyeram qısa, lakin çox gözəl idi”






presstv

"Presstv"az #Almaniya, #Azərbaycan, #Futbol, #Mahir Emreli

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli yollarını ayırdığı Almaniyanın “Nürnberq” klubu ilə bağlı fikirlərini bölüşüb.

presstvaz xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə “Bild” nəşrinə açıqlama verib.

Forvard II Bundesliqanın XXXIV turunda “Ayntraxt” (Braunşveyq) komandasına qarşı görüşdən sonra danışıb. Qarşılaşmada het-trik edən oyunçu bunları deyib:

“Nürnberq” karyeram qısa, lakin çox gözəl idi. İndi başa çatması üzücüdür. Amma bu şəkildə vidalaşa bildiyim üçün şadam”.

Emreli gələcək planları barədə də danışıb:

“Agentimə dedim ki, məni mövsümün sonunadək tək buraxsın. Hələ heç nə qərarlaşdırılmayıb. Son günədək bütün diqqətimi “Nürnberq”ə yönəltmək mənim üçün vacib idi”.

Qeyd edək ki, mövsümün əvvəlində II Bundesliqa təmsilçisinə keçən Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb. O, “Nürnberq”in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb. Azərbaycanlı hücumçu ilə Bundesliqa təmsilçisi “Sankt Pauli”nin və “Kayzerslautern”in maraqlandığı deyilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv