ABŞ-də ikibaşlı ilan aşkarlandı

ABŞ-də ikibaşlı ilan aşkarlandı






presstv

"Presstv"az #ABŞ, #Gəmi, #Kaliforniya, #Kuba, #Meşə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də tapılan nadir ilan artıq 7 aydır normal yaşayır və belə görünür ki, ikinci başı ona mane olmur.

presstvaz xəbər verir ki, bu barədə “Popular Science” yazır.

Kaliforniya ştatının Berkli şəhərində yerləşən “East Bay Vivarium” laboratoriyasının iki işçisi 7 ay əvvəl inkubatordan çıxardıqları ilan balasını görəndə çox təəccübləniblər. “Lampropeltis California” növünə aid zəhərsiz ilan balasının iki başı var.

Bu növ ilanlar ABŞ-nin qərb hissəsində yaşayır və yarımsəhra, seyrək meşə, çay kənarındakı kolluqları üstün tuturlar. “Lampropeltis California” ilanları 1.5 metr uzunluğa qədər böyüyür və insanlar üçün təhlükə təşkil etmirlər. Onlar kərtənkələlər, gəmiricilər və digər ilanlarla qidalanırlar.

İlan qidalanmaq üçün dominant başdan istifadə edir, ikinci baş isə demək olar ki, qida ilə maraqlanmır və hətta yeməyə belə cəhd etmir. Laboratoriya işçiləri hesab edirlər ki, ikinci baş ilanın heç bir orqanını idarə etmir və onun qida borusu iki bədənin birləşdiyi yerdə bitir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv