Yağışlar Zaqatalada 100-dən çox sakinə ziyan vurdu

Yağışlar Zaqatalada 100-dən çox sakinə ziyan vurdu






presstv

"Presstv"az #Azərbaycan, #çayda

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son günlər yağan intensiv yağışlar Zaqatalada fəsadlara yol açıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, yağışlar nəticəsində Alazan çayında suyun səviyyəsi qalxıb, Katexçayda artan su çayın məcrasının dəyişməsinə səbəb olub.

Sel suları Aşağı Çardaqlar kəndində 200 hektaradək əraziyə dolub, 100-dən çox sakinə ziyan vurub. Su basan ərazilərdə əsasən arpa, buğda, yonca və qarğıdalı sahələri ziyan çəkib.

Sakinlərin dediyinə görə, hazırda əkin sahələrində suyun hündürlüyü 1.5 metrə çatır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Zaqatala Su Meliorasiya Sistemləri İstismarı İdarəsindən bildirilib ki, çaylara və su basan ərazilərə baxış keçirilib. Suyun səviyyəsinin yüksək olmasına görə hazırda ərazidə işləmək mümkün deyil. Su müəyyən qədər çəkiləndən sonra lazımi tədbirlər görüləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv