Premyer Liqa: Bu gün “Qarabağ” “Kəpəz”lə üz-üzə gələcək

Premyer Liqa: Bu gün “Qarabağ” “Kəpəz”lə üz-üzə gələcək






presstv

"Presstv"az #"Qarabağ", #Araz-Naxçıvan, #Hakim, #Neftçi, #Premyer Liqası, #Şamaxı, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misli Premyer Liqasının XXXV turunda bu gün ölkə çempionu “Qarabağ” “Kəpəz”lə üz-üzə gələcək.

presstvaz xəbər verir ki, “Azersun Arena”dakı oyun saat 19:00-da başlayacaq.

Görüşün final fitinin ardından Ağdam təmsilçisinin mükafatlandırma mərasimi baş tutacaq.

83 xala malik “köhlən atlar” qızıl medalları təmin edib. 32 xalla səkkizinci olan gəncəlilər isə Premyer Liqada qalacağını ötən turdan rəsmiləşdiriblər.

Günün ikinci matçı “Neftçi” və “Səbail” arasında gerçəkləşəcək. Saat 17:00-da start götürəcək qarşılaşma “Neftçi Arena”da oynanılacaq.

“Ağ-qaralar” 40 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik “dənizçilər” sonuncu – onuncudur.

“Qarabağ” – “Kəpəz” oyununda olduğu kimi bu görüşdə də qeydə alınacaq istənilən nəticə iki klubun turnir cədvəlindəki mövqeyinə təsir etməyəcək.

Misli Premyer Liqası

IV dövr, XXXV tur

18 may

17:00. “Neftçi” – “Səbail”

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev.

VAR: Cavid Cəlilov.

AVAR: Elvin Bayramov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Elman Musayev.

“Neftçi Arena”

19:00. “Qarabağ” – “Kəpəz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabarov.

VAR: Rəşad Əhmədov.

AVAR: Əli Əliyev.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

“Azərsun Arena”

Qeyd edək ki, turun əvvəlki matçlarında “Turan Tovuz” səfərdə “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. “Zirə” – “Sabah” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 1:1.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv