Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi – İlk iş günündə cinayət

Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi – İlk iş günündə cinayət






presstv

"Presstv"az #Avto, #Bakı, #Hyundai, #Salyan, #Səbail, #Suraxanı rayonu, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda avtoyuma məntəqəsindəki maşından 6 200 manat oğurlayan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

presstvaz Musavat.com-a istinadla xəbər verir ki, 36 yaşlı Müşfiq Səbail rayonunda fəaliyyət göstərən avtoyuma məntəqəsindəki işinin ilk günündə oğurluq edib.

Belə ki, Müşfiq avtoyuma məntəqəsinin yanından keçəndə oranı işlədən Vüsal adlı şəxs işçi axtardığını deyib. Müşfiqə ona kömək etməsini təklif edib.

Müşfiq bu təkliflə razılaşaraq “Hyundai” markalı maşını yumağa başlayıb. O, maşının salonunda olan 6 200 manatı görüb. Pulu iki hissəyə bölərək ciblərinə qoyub. Təcili işi çıxdığını deyərək oradan uzaqlaşıb.

Müşfiqin dediyinə görə, yolda olan zaman pulun bir hissəsini itirib. O, cibində qalan pulu sayanda 2 700 manat olduğunu görüb. Sonra yaşadığı Salyan rayonuna gedib.

Bir neçə gün əmisigildə qaldıqdan sonra Bakı şəhərinə qayıdıb. Suraxanı rayonunda işə düzəlib. Müşfiq pulun 250 manatına telefon alıb, bibisi nəvəsinin oxuduğu universitetin təhsil haqqına 700 manat verib, 300 manat məbləğində özünə geyim alıb. Pulun 500-600 manatını da internet vasitəsi ilə kazinoda uduzub. Qalan hissəsini isə öz tələbatına xərcləyib.

Əməlindən peşman olduğunu deyən Müşfiq zərərçəkmiş şəxslə barışdığını, zərərin ödənildiyini deyib.

Məhkəmənin hökmü ilə Müşfiq 2 il azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv