“Qarabağ”a Juninyo ilə bağlı xoş xəbər

“Qarabağ”a Juninyo ilə bağlı xoş xəbər






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Braziliya, #Futbol, #Olavio Juninyo

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu ilin əvvəlində "Qarabağ"ı "Flamenqo"ya dəyişən Olavio Juninyonun işləri istədiyi kimi getmir.

Ağdamlıların 5 milyon avroya Braziliya klubuna satdığı 28 yaşlı hücumçu yeni komandasında ümid etdiyi qədər şans qazanmır və tam təbii olaraq məhsuldarlıq göstəricisi olduqca aşağıdır.

Juninyo komandaya qoşulan gündən "Flamenqo" Karioka çempionatında 14 oyunda mübarizə aparıb ki, bizə tanış futbolçunun adı 6 görüşdə iştirak ərizəsinə salınmayıb.

Şans qazandığı 8 matçın yalnız 2-də əsas heyətdə, 6-da sonradan oyuna qoşulmaqla 2 qolla yadda qalıb.

Braziliya kubokunda 31, Braziliya superkubokunda 10 dəqiqə top dalınca qaçmaqla heç nə ilə fərqlənməyib.

Braziliya çempionatınma gəlincə, 8 oyunun 4-də əvvəldən sona qədər ehtiyatda qalıb. 4 matçın 2-də əsas heyətdə yer alıb, 2-də sonradan şans qazanıb. Burada da məhsuldarlıq göstəricisi sıfırdır.

Və haqqında ən çox danışılan Libertadores kuboku. C qrupunda mübarizə aparan "Flamenqo" burada 5 görüş keçirib. Juninyo 1 dəfə ehtiyatda qalıb, 2 oyunda start heyətində görünüb, digər 2 halda meydana sonradan daxil olub.

Beləliklə, 18 dueldə vur-tut 651 dəqiqə şans qazanan mərkəz hücumçusunun aktivində cəmi 3 qol var.

Ciddi transfer məbləği qarşılığında nəhəng kluba dəvət olunan futbolçunun bacarığı klub rəhbərliyinin və baş məşqçi Felipe Luisin ürəyincə deyil.

Odur ki, rəsmilər Saudiyyə Ərəbistanında top qovan Roberto Firminonu vətənə qaytarmağa çalışır. Keçid baş tutacağı təqdirdə Juninyonun "Flamenqo"nu tərk emək ehtimalı çox-çox artacaq.

Bu isə "Qarabağ"ın onu geri qaytarması üçün əla şans sayıla bilər. Transfer etmək təbii ki, mümkünsüzdür. Maddi planda ehtiyatlı davranması ilə ad çıxaran "köhlən atlar"ın keçmiş futbolçusu üçün 5 milyon avro yox, onun yarısı qədər ödəyəcəyi inandırıcı görünmür.

Ən ideal üsul sürətli forvardı icarə əsasında Azərbaycana qaytarmaqdır. Bunun üçün isə danışıqlara başlamağın əsl zamanıdır. Bəlkə də artıq bu yöndə iş gedir.

Onun dönüşü ilə Juninyo-Kadi-Zubir üçlüyünün avrokuboklarda nələr edəcəyini təsəvvür etmək çətin deyil. (sportinfo)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv