Misir Mərdanov: “Professorların aldığı maaşla heç kim ailə dolandıra bilməz”

Misir Mərdanov: “Professorların aldığı maaşla heç kim ailə dolandıra bilməz”






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Misir, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Professorların maaşı 1 000 manata yaxındır. Bu maaşla heç bir alim ailə dolandıra bilməz”.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycanın keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov “AzPolitika”ya açıqlamasında bildirib.

Misir Mərdanov əməkhaqqı məsələsinin elm və təhsil sahəsində ən ciddi problemlərdən biri olduğunu vurğulayıb. O, əməkhaqqı ilə bağlı vəziyyəti belə izah edib:

“Məsələn, mənim aylıq əməkhaqqım 1 370 manatdır, digərlərinin əməkhaqqı isə 600-900 manat arasında dəyişir. Professorların maaşı 1 000 manata yaxındır. Aydındır ki, bu maaşla heç bir alim ailə dolandıra bilməz. Ona görə də, onlara qanunvericiliyin tələbinə uyğun olaraq digər müəssisələrdə yarım ştat işləməyə imkan verilir.

Bununla yanaşı, Elm və Təhsil Nazirliyi son bir ildə mühüm bir addım ataraq, alimlərə beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrə görə əlavə ödənişlər təklif edib. A, B, C kateqoriyalı sistem formalaşdırılıb. A qrupuna düşən alimə ayda 1 300 manat, B qrupuna görə 1 000 manat, C qrupuna isə 650 manat əlavə ödəniş edilir. Lakin bu məqalələr yalnız nüfuzlu elmi bazalarda yer alan jurnallarda dərc olunmalıdır”.

Misir Mərdanov qeyd edib ki, bu addım elmə olan marağı artırıb və alimlərin nüfuzlu elmmetrik bazalara daxil olan jurnallarda dərc olunan məqalələrinin sayı xeyli artıb.

Onun sözlərinə görə, institutda son aylarda 30-dan çox əməkdaş bu mükafata layiq görülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv