Roma Papası Rusiya-Ukrayna danışıqları üçün platforma kimi Vatikanı təklif etdi

Roma Papası Rusiya-Ukrayna danışıqları üçün platforma kimi Vatikanı təklif etdi






presstv

"Presstv"az #İstanbul, #Münaqişə, #Roma Papası, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Roma Papası XIV Leo Rusiya və Ukrayna arasında danışıqlar üçün Vatikanı platforma kimi təklif edib.

presstvaz-ın “La Stampa”ya istinadən verdiyi məlumata görə, bu barədə Vatikanın dövlət katibi kardinal Pyetro Parolin Avqustinianumdakı görüşün kuluarlarında bildirib.

O bildirib ki, İstanbulda Ukrayna ilə bağlı danışıqların uğursuzluğa düçar olması faciəli haldır:

“Biz münaqişənin sülh yolu ilə həllinə yönəlmiş yavaş, lakin ümidverici prosesin başlaya biləcəyinə inanırdıq. Təəssüf ki, indi yenidən başlanğıc nöqtəsinə qayıtmışıq”, – deyə kardinal qeyd edib.

Parolin hazırkı vəziyyətin son dərəcə mürəkkəb olduğunu vurğulayıb və Roma Papası XIV Leo tərəfindən təklif edilən vasitəçilik təşəbbüsünə toxunaraq, pontifikin Vatikanın Rusiya və Ukrayna arasında birbaşa görüşlər üçün neytral məkan rolunu oynaya biləcəyini nəzərdə tutduğunu bildirib.

“Əsas məqsəd tərəflərin birbaşa dialoqa başlamasıdır. Burada söhbət sadəcə məkan məsələsindən gedir”, – deyə Pyetro Parolin əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv