Suriyada valyuta islahatı gözlənilir

Suriyada valyuta islahatı gözlənilir






presstv

"Presstv"az #Almaniya, #Avropa, #Avstriya, #Münaqişə, #Rusiya, #Suriya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Suriya hökuməti milli valyutanın Rusiyada çapından imtina edərək BƏƏ və Almaniya ilə əməkdaşlıq qurmağı planlaşdırır.

presstvaz “Reuters”ə istinadən xəbər verir ki, Suriya rəsmiləri həmçinin pul əskinaslarının dizaynını dəyişdirmək niyyətindədirlər. Sabiq ölkə lideri Bəşər Əsədin portretinin əskinaslardan çıxarılması nəzərdə tutulur.

Məlumata görə, iki Almaniya şirkəti – dövlətə məxsus “Bundesdruckerei” və özəl “Giesecke+Devrient” şirkəti Suriya hökuməti ilə əməkdaşlıq etmək marağını ifadə edib.

Özəl şirkət şərh verməkdən imtina edib. Dövlət şirkətindən isə Suriya ilə valyuta çapı barədə danışıqlar aparmadıqlarını bildiriblər. BƏƏ tərəfi agentliyin sorğularına cavab verməyib.

Qeyd edək ki, Rusiya ilk dəfə 2012-ci ildə Suriya pul əskinaslarını çap etməyə başlayıb. Əvvəllər bu işi Avstriya Mərkəzi Bankının törəmə şirkəti həyata keçirib. Avropa İttifaqının Bəşər Əsəd rejimi və müxalifət arasında münaqişəyə görə Suriyaya sanksiyalar tətbiq etməsindən sonra əməkdaşlıq dayandırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv