"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimiz danışdı

"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimiz danışdı






presstv

"Presstv"az #Avroviziya, #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xəbər verdiyimiz kimi, Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edən "Mamagama" qrupu finala keçə bilməyib.

presstvaz xəbər verir ki, qrup sosial media hesablarında yarışma ilə bağlı paylaşım edib:

"Əziz dostlar, hər saniyə yarımfinal çıxışımıza olan dəstək və sevgi dolu mesajlar gəlir. Bu yolu sizinlə birgə keçdiyimiz və sizi sevindirə bildiyimiz üçün sonsuz xoşbəxtik. Hansı ki, bu bizim üçün ən vacib olanıdır. Finala keçəcəyimizi gözləyənlərdən üzr istəyirik və sizdən rica edirik ki, məyus olmayasınız. Biz əlimizdən gələni etdik, səhnədə tam səmimi olduq və bütün emosiyalarımızı verdik.

Bizə azarkeşlik edən və canlı yayımla bizi izləyən hər kəsə sonsuz təşəkkür edirik. Sizin dəstəyinizi və sevincinizi hiss etdik. Ölkəmizdə hələ çox istedadlı ifaçılar var və biz onlara gələcək müsabiqələrdə uğurlar arzulayırıq. Əsas odur ki, biz sübut etdik ki, Azərbaycanda yaxşı musiqi yaradılır və hər zaman yaradılıb.

Dostlarımıza, yaxınlarımıza və İTV komandamıza dərin təşəkkür edirik. Siz bizə inandınız və böyük iş gördünüz. Bunu heç vaxt unutmayacağıq.

Ruhdan düşmürük və bu bizim üçün böyük motivasiyadır, irəliləməyə davam edəcəyik. Hazır materiallarımız çoxdur və sizinlə paylaşmaq üçün səbirsizlənirik".

Qeyd edək ki, bu il ölkəmizi "Avroviziya"da "Mamagama" qrupu təmsil edib. Onlar finala keçə bilməyərək ilk yarımfinaldan yarışmadan ayrılıblar. 

Yarışmanın ikinci yarımfinalı isə mayın 15-də, final isə 17-də keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv