Avtomobil mühərrikini yumada yol verilən səhvlər – Ekspertdən vacib XƏBƏRDARLIQ

Avtomobil mühərrikini yumada yol verilən səhvlər – Ekspertdən vacib XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Avto, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mühərrikin düzgün yuyulmaması ciddi problemlərə – qısaqapanma, suyun elektron sistemlərə keçməsi və hətta bahalı təmir ehtiyacına səbəb ola bilər.

presstvaz-ın “Rossiyskaya qazeta”ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil eksperti Aleksandr Smit xəbərdarlıq edib.

O, mühərrik yuyulmasında yol verilən ən yayılmış səhvləri açıqlayıb. Onları təqdim edirik:

– İsti mühərriki yumaq olmaz. Bu, metal hissələrdə çatlara və contalarda sızmalara səbəb ola bilər.

– Elektron hissələr izolyasiya edilməlidir. Akkumulyator ayırılmalı, beyin bloku (ECU), generator və ABS sistemi qorunmalıdır.

– Yüksəktəzyiqli su ehtiyatla istifadə olunmalıdır. Kerxer kimi cihazlardan istifadə zamanı suyu çox yaxın məsafədən vurmaq incə naqillərə və birləşmələrə zərər verə bilər.

– Yuma sonrası mütləq qurudulmalıdır. Havanın təzyiqi ilə suyun hopduğu hissələr qurudulmalı, rezin və plastik hissələr qoruyucu maddələrlə işlənməlidir.

Ekspert tövsiyə edir ki, mühərrik yuyulmasını ya mütəxəssislərə həvalə edin, ya da bu məqamları nəzərə alaraq ehtiyatlı olun.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv