Sabirabadda toyda dava salan gənclər saxlanıldılar

Sabirabadda toyda dava salan gənclər saxlanıldılar






presstv

"Presstv"az #Hadisə, #İnzibati Xətalar Məcəlləsi, #Sabirabad, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sabirabadda toy məclisində bir qrup şəxs arasında kütləvi dava olub.

presstvaz Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə Sabirabadın mərkəzində yerləşən şadlıq saraylarından birinin qarşısında baş verib.

Toy məclisindən çıxan bir qrup şəxs uca səslə bir-birlərinin ünvanına nalayiq ifadələr işlədiblər və hadisə yerinə gələn polisin qanuni tələbinə tabe olmayıblar.

Saatlı rayon sakinləri, 1996-cı il təvəllüdlü Bəşir, 1996-cı il təvəllüdlü Pərviz, 1996-cı il təvəllüdlü Bəhram və 2000-ci il təvəllüdlü Musanın (adlar şərti verilib – red.) barəsində inzibati qaydada icraat başlanılıb.

İş üzrə ifadə verən Musanın sözlərinə görə, hadisə günü saat 22:00-da Sabirabad şəhərində yerləşən şadlıq sarayında toy məclisində iştirak ediblər və bir qrup şəxslə mübahisə edən zaman polis əməkdaşları onu rayon polis şöbəsinə izahat verilməsi üçün dəvət ediblər:

“Sərxoş olduğumdan polis şöbəsinə getməyə etiraz edərək uca səslə nalayiq ifadələr işlətdim. Məni nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə tabe olmadım. Hazırda əməlimdən peşmanam. İlk dəfədir ki, inzibati xəta törədirəm. Rəsmi iş yerim var”.

Qeyd olunub ki, Musa şirkətlərdən birində aparıcı mühasib vəzifəsində işləyir. Digər təqsirli bilinən şəxslərin isə fərdi əməklə məşğul olduqları müəyyən edilib.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

İnzibati qaydada barələrində protokol tərtib olunan şəxslərin işi baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə onların hər biri barəsində inzibati qaydada 200 manat miqdarında cərimə olunublar və məhkəmə iclas zalından sərbəst buraxılıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv