İran uranın zənginləşdirilməsi üçün hazırladığı yeni planı ABŞ-yə təqdim edib

İran uranın zənginləşdirilməsi üçün hazırladığı yeni planı ABŞ-yə təqdim edib






presstv

"Presstv"az #ABŞ, #Birləşmiş Ərəb Əmirlikləri, #İran, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Tehran, #Vaşinqton, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rəsmi Tehran ABŞ-nin investisiyası ilə uranın zənginləşdirilməsi üçün Yaxın Şərq ölkələrindən ibarət konsorsium yaratmağı təklif edib.

presstvaz xəbər verir ki, bu barədə “The New York Times” İranının diplomatik mənbələrinə istinadən məlumat yazıb.

Məlumata görə, bazar günü Omanda İranın xarici işlər naziri Abbas Əraqçı bu planı ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffa təqdim edib.

Qeyd edilir ki, İran bu təşəbbüsə Vaşinqtonun nüvə proqramından tamamilə imtina tələbinə alternativ kimi baxır. Nəşr konsorsiumun mümkün iştirakçıları kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin adını çəkib.

İranın təklifinə üçtərəfli nüvə konsorsiumunun yaradılması, Tehranın uranı 3.67%-ə qədər zənginləşdirməsi və mülki məqsədlər üçün digər ərəb ölkələrinə tədarük etmək imkanları daxildir. Bundan başqa, İranın nüvə obyektlərində digər ölkələrdən müşahidəçilərin, o cümlədən ABŞ-dən olan ekspertlərin iştirakı gözlənilir. Bu müqavilə 2015-ci il sazişindən fərqli olaraq, 15 illik müddətlə məhdudlaşmayacaq, yəni qeyri-müəyyən xarakter daşıya bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv