“Sumqayıt”ın yeni baş məşqçisi kim olacaq?

“Sumqayıt”ın yeni baş məşqçisi kim olacaq?






presstv

"Presstv"az #Azərbaycan, #Belarus, #Qazax, #Qazaxıstan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ötən gün Vaqif Cavadovla müqaviləyə xitam verən “Sumqayıt” klubuna yeni mövsümdən etibarən belaruslu çalışdırıcı Aleksey Baqa başçılıq edəcək.

presstvaz “Sportinfo”ya istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar müsbət başa çatıb.

Komandanın Premyer Liqadakı son iki matçını canlı izləmək üçün Baqanın Azərbaycana gəlməsi gözlənilir.

İlk dəfə 2021-ci ilin dekabrında kluba baş məşqçi təyin olunan Baqa 2022-ci ilin sentyabrında uğursuz nəticəyə görə istefaya göndərilib.

Qeyd edək ki, belaruslu “Sumqayıt”dan başqa, “Sokol” (Rusiya), “Şaxtyor” (Belarus), BATE (Belarus), “Jalgiris” (Litva) və “Aktobe”ni (Qazaxıstan) çalışdırıb. O, BATE, “Şaxtyor” və “Jalgiris”ə çempionluq titulları qazandırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv