Bakıda çoxmərtəbəli binanın üzlük daşları qoparaq təhlükəli vəziyyət yaradır

Bakıda çoxmərtəbəli binanın üzlük daşları qoparaq təhlükəli vəziyyət yaradır






presstv

"Presstv"az #Avto, #Bakı, #Hadisə, #Nəsimi Rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paytaxtın Nəsimi rayonu, Həzi Aslanov küçəsində yerləşən çoxmərtəbəli binanın üzlük daşları qopub tökülür.

presstvaz Xəzər TV-yə istinadən məlumat verir ki, 2008-ci ildə ”Konsul” MTK tərəfindən tikilərək sakinlərin istifadəsinə verilmiş 14 mərtəbəli binanın fasadında problemlər yaranıb.

Sözügedən binanın yaxınlığında yaşayan İlahə Məcidovanın iddiasına görə, bu hal bir neçə dəfə təkrar olunub ki, bu da ərazidən keçənlər üçün ciddi təhlükə yaradır.

Sakinlər bildiriblər ki, yaranmış təhlükəli vəziyyətlə bağlı tikinti şirkətinə də məlumat veriblər.

İlahə Məcidova onu da iddia edir ki, fasaddan qopan üzlük daşı bir avtomobilə zərər vurub.

Binanın komendantı Ağa Əhmədovun sözlərinə görə, belə hadisə bir dəfə 6-7 ay əvvəl olub, bina yoxlanılıb və belə halın təkrarlanması ehtimalı yoxdur. Həmçinin qopan üzlük daşların yerinə yenilərinin əlavə ediləcəyini də bildirib.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv