WhatsApp-da yeni funksiya – Tiktok kimi olacaq

WhatsApp-da yeni funksiya – Tiktok kimi olacaq






presstv

"Presstv"az #TikTok, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Artıq “WhatsApp”da status paylaşımlarına musiqi əlavə etmək mümkündür.

presstvaz xəbər verir ki, mesajlaşma proqramı bu yeniliyi bəzi ölkələrdə artıq sınaqdan keçirməyə başlayıb. Yeni xüsusiyyət sayəsində istifadəçilər status bölməsində paylaşdıqları şəkil və videoların üzərinə istədikləri musiqini əlavə edə biləcəklər. Seçim imkanı verilən musiqilər “WhatsApp”ın daxilində təqdim olunacaq və paylaşılan statusu izləyənlər həmin mahnını da eşidə biləcəklər.

Ekspertlər bunu “WhatsApp”ın öz funksiyalarını TikTok və Instagram kimi platformalara bənzətmək cəhdi kimi dəyərləndirirlər. Çünki son dövrlərdə WhatsApp videolar üçün sürətli baxış, statuslara reaksiya, kanallar və indi də musiqi əlavə etmə kimi yeniliklərlə istifadəçilərin diqqətini daha çox üzərinə çəkməyə çalışır.

Qeyd edək ki, bu funksiya hələ bütün istifadəçilər üçün aktiv edilməyib. Tətbiqin son versiyasını yeniləyən bəzi ölkələrdəki istifadəçilər artıq bu xüsusiyyəti istifadə edə bilirlər. WhatsApp isə yeniliyin yaxın zamanlarda bütün dünyada istifadəyə veriləcəyini açıqlayıb. /milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv