ABŞ və Çin iqtisadi-ticarət danışıqlarını davam etdirmək üçün yeni mexanizm yaradacaq

ABŞ və Çin iqtisadi-ticarət danışıqlarını davam etdirmək üçün yeni mexanizm yaradacaq






presstv

"Presstv"az #ABŞ, #Çin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ və Çin iqtisadi və ticarət əlaqələrinə dair müzakirələri davam etdirmək üçün mexanizm yaradacaqlar.

presstvaz “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ və Çin nümayəndə heyətlərinin Cenevrədəki birgə bəyanatında qeyd olunub.

Çin ABŞ mallarına tarifləri 90 gün ərzində 125%-dən 10%-ə endirəcək.

Buna cavab olaraq, ABŞ Çin mallarına tətbiq etdiyi tarifləri 90 gün ərzində 145%-dən 30%-ə endirəcək.

Çinin baş nazirinin müavini He Lifenq Cenevrədə keçirilən Çin-ABŞ yüksək səviyyəli görüşünün dərin, səmimi və konstruktiv olduğunu bildirib.

Onun sözlərinə görə, Çin və ABŞ iqtisadi və ticarət məsləhətləşmə mexanizminin yaradılması barədə də razılığa gəliblər.

“Biz Çinlə gələcək danışıqlar üçün yaxşı mexanizm yaratmışıq”, – deyə ABŞ maliyyə naziri Skott Bessent bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv