Tramp yeni Roma Papasının seçilməsindəki rolu ilə bağlı sualı cavablandırdı

Tramp yeni Roma Papasının seçilməsindəki rolu ilə bağlı sualı cavablandırdı






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Roma Papası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp “ABC News”un jurnalisti Marta Raddatsın yeni Roma Papası XIV Leonun seçilməsi prosesində onun hansı rol oynadığı ilə bağlı verdiyi suala kəskin etirazını bildirib.

presstvaz-ın verdiyi məlumata görə, siyasətçi bununla bağlı özünün “Truth” şəbəkəsindəki hesabında paylaşım edib.

Prezidentin sözlərinə görə, bu sual tamamilə yersizdir və Tramp mövzusuna aludə olmuş bir zehindən qaynaqlanır.

Tramp, həmçinin xatırladıb ki, ABŞ-də keçirilmiş prezident seçkisində ölkənin müxtəlif bölgələrində katolik seçicilərin əhəmiyyətli hissəsi – 54 faizi ona səs verib.

Xatırladaq ki, Tramp daha əvvəl amerikalının yeni Roma Papası seçilməsini ABŞ üçün “böyük şərəf” adlandırmışdı. Bundan bir qədər əvvəl isə prezident özünün Papa geyimində olan fotosunu sosial şəbəkədə paylaşmış, bu isə Vatikanın tənqidləri ilə qarşılanmışdı.

Qeyd edək ki, yeni Papa Prevo Konklavda kardinallar tərəfindən keçirilən səsvermə nəticəsində Roma Papası seçilərək tarixdə 267-ci Papa olub. O, Müqəddəs Taxta rəhbərlik edən ilk amerikalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv