Demokratlar: “Qətərin Trampa milyonlarla dollarlıq təyyarə hədiyyə etməsi araşdırılmalıdır”

Demokratlar: “Qətərin Trampa milyonlarla dollarlıq təyyarə hədiyyə etməsi araşdırılmalıdır”






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Dollar, #Donald Tramp, #Qətər, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ nümayəndələr palatasının üzvü, Demokratların nümayəndəsi Riçi Torres Donald Tramp administrasiyasının Qətər kral ailəsindən bahalı “Boeing 747-8” təyyarəsini hədiyyə kimi qəbul etmək planını araşdıracağını açıqlayıb.

presstvaz xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Riçi Torres bildirib ki, dəyəri 400 milyon dollar olan təyyarə xarici dövlət tərəfindən ABŞ rəhbərliyinə verilən ən qiymətli hədiyyə olacaq.

R.Torres belə bir hədiyyənin federal etika qaydalarını və ya ABŞ Konstitusiyasının müddəalarını pozub-pozmadığına dair məsələnin araşdırılmasını tələb edib.

06:02

ABŞ Prezidenti Donald Trampın administrasiyası Qətər kral ailəsindən “Boeing 747-8” təyyarəsini hədiyyə kimi qəbul etməyə hazırlaşır.

presstvaz ABC telekanalına istinadən xəbər verir ki, bu, “ABŞ-yə xarici hökumət tərəfindən indiyə qədər edilmiş ən dəyərli hədiyyə” olaraq qiymətləndirilir.

Telekanalın məlumatına görə, Qətər təyyarəni gələn həftə təhvil verə bilər.

Qeyd edilib ki, Tramp artıq fevral ayında Uest-Palm-Biç aeroportuna enən təyyarəni yoxlayıb.

Bildirilir ki, təyyarə “uçan saray” xüsusiyyətlərinə malikdir və yeni prezident təyyarəsi kimi xidmət edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv