“Qayınana” filmində sadəlövh Əli, “Arşın mal alan”da zarafatcıl nökər – Məşhur aktyor necə öldü?

“Qayınana” filmində sadəlövh Əli, “Arşın mal alan”da zarafatcıl nökər – Məşhur aktyor necə öldü?






presstv

"Presstv"az #Ailə, #Aktyor, #Azərbaycan, #diabet, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Retro Baku”nun yeni buraxılışı Azərbaycan kinosunun unudulmaz aktyoru Tələt Rəhmanova həsr olunub.

Gənc yaşlarından “Azərbaycanfilm” kinostudiyasında sənətə könül verən Tələt Rəhmanovun yaratdığı obrazlar bu gün də böyük rəğbətlə xatırlanır:

“Qayınana” filmində sadəlövh Əli, “Sehirli xalat”da qayğıkeş milis, “Arşın mal alan”da zarafatcıl nökər Vəli, “Uzaq sahillərdə” də kolxoz sədri Bayandur. Qızı Gülnarə aktrisa olmaq istəyəndə Tələt Rəhmanov buna sərt şəkildə qarşı çıxaraq fotolarını cırıb, ona sənətin nə qədər ağır və məsuliyyətli bir yol olduğunu izah edib. 13 noyabr 1995-ci ildə şəkərli diabet xəstəliyindən vəfat edən aktyorun son anları ailəsinin yaddaşında dərin iz buraxıb.

Nəvəsi Kəmalə Qasımova babasının vəfat etdiyi günü belə xatırlayır:

“Ölümdən çox qorxurdu. Allah elə gətirdi ki, o, nə xəstəxanaya düşdü, nə də yataq xəstəsi oldu. Dəniz qırağından çəkilişdən gəlmişdi. Dedi ki, çay istəyirəm. Birdən qışqırdı. Qışqıranda biz elə bildik ki, zarafat edir. O qədər zarafatcıl idi ki, həmin an ona inanmadıq. Təcil yardım çağırdıq, onlar gəlib çıxana kimi artıq gec idi”.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv