Sakinləri ölümə sürükləyən yol kəsişməsi

Sakinləri ölümə sürükləyən yol kəsişməsi






presstv

"Presstv"az #Avto, #avtobus, #Avtobus zolağı, #avtomobillər, #Nəqliyyat, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-nin “Necə olmalıdır” rubrikasının yeni buraxılışı yayımlanıb. Bu dəfə paytaxtın Böyükşor yolu ilə Ziya Bünyadov prospektinin kəsişməsində sakinləri narahat edən problemlər diqqətə çatdırılıb.

Bildirilib ki, “Koroğlu” stansiyası istiqamətindən gəlib sağa – Böyükşor yoluna dönmək istəyən sürücülər ciddi maneə ilə qarşılaşırlar. Belə ki, üzərində işıqqaytarıcı elementlər olan 4.2.3 maneəni sağdan və ya soldan keçmə nişanı olmadığı üçün bu maneə xüsusilə günün qaranlıq vaxtlarında görünmür və təhlükə yaradır.

Digər bir təhlükə isə piyada keçidinin yolun ortasından birbaşa hərəkət hissəsinə çıxmasıdır. Bu səbəbdən piyadalar avtomobillərin hərəkət etdiyi hissədən keçməyə məcbur qalırlar.

Bundan əlavə, Böyükşor yolundan Ziya Bünyadov prospektinə daxil olmaq istəyən sürücülər avtobus zolağı səbəbindən sıxlıqda qalırlar. Günün pik saatlarında bu, tıxacların yaranmasına səbəb olur. Halbuki zolağın başladığı hissədə avtobus dayanacağı olmasa da, nəqliyyat vasitələri məhz bu nöqtədə sərnişin mindirib-düşürürlər.

Vurğulanıb ki, xaotik hərəkətin müşahidə olunduğu bu ərazidə yol nişanlarına, üfüqi nişanlanma xətlərinə və işıqforlara ehtiyac var.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv