Rusiyanı hədələdi – Bundan imtina etsə…

Rusiyanı hədələdi – Bundan imtina etsə…






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Avropa, #Böyük Britaniy, #Böyük Britaniya, #Donald Tramp, #Kiyev, #Rusiya, #Rusiyaya qarşı sanksiyalar, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniyanın kansleri Fridrix Mertz rəsmi Moskvanın Ukraynada 30 günlük atəşkəs barədə təklifləri rədd edəcəyi təqdirdə, Rusiyaya qarşı sanksiyaların kəskinləşdiriləcəyini bəyan edib.

Trend xəbər verir ki, bu barədə o, "Bild" qəzetinin jurnalistinə Kiyevdə verdiyi müsahibədə bildirib.

"Biz Amerika hökuməti, eləcə də, Donald Trampla razıyıq. Biz 30 günlük atəşkəsə çağırırıq ki, bu müddət ərzində sülh danışıqlarına hazırlaşmaq mümkün olsun", – deyə Mertz bildirib.

Almaniyalı kansler əmin edir ki, artıq "top meydanın Rusiyaya aid olan tərəfindədir" və seçimi Moskva etməlidir.

Onun sözlərinə görə, əgər Moskva (bu təkliflərə) reaksiya göstərməsə, sülh danışıqlarından imtina etsə, Avropa İttifaqı, Böyük Britaniya və ABŞ buna əlaqələndirilmiş cavab verəcək.

"Ardınca sanskiyalar miqyası baxımından sərtləşdiriləcək, Ukrayna isə miqyaslı yardımı – siyasi, maliyyə, o cümlədən, hərbi yardımları almağa davam edəcək", – deyə Mertz bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv