Premyer Liqa: “Zirə” səfərdə “Səbail”i məğlub edib

Premyer Liqa: “Zirə” səfərdə “Səbail”i məğlub edib






presstv

"Presstv"az #Hakim, #Neftçi, #Premyer Liqası, #Şamaxı, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misli Premyer Liqasının XXXIV turunda “Zirə” səfərdə “Səbail”i məğlub edib.

presstvaz xəbər verir ki, “ASCO Arena”da keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 90+1-ci dəqiqədə Davit Volkov vurub.

Bu nəticədən sonra xallarının sayını 70-ə yüksəldən Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ikinci pillədə qərarlaşıb. Hazırda 22 xalla turnir cədvəlinin sonuncu – 10-cu pilləsində olan “Səbail”in isə I Liqaya düşdüyü dəqiqləşib.

Qeyd edək ki, turun ötən gün baş tutan “Sabah” – “Şamaxı” matçında meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.

09:23

Misli Premyer Liqasının XXXIV turunda bu gün daha iki oyun keçiriləcək.

presstvaz xəbər verir ki, əvvəlcə “Səbail” evdə “Zirə” ilə qarşılaşacaq.

“ASCO Arena”da baş tutacaq və Tural Qurbanovun idarə edəcəyi görüş saat 17:00-da start götürəcək. “Səbail” hazırda 22 xalla turnir cədvəlinin sonuncu – 10-cu pilləsindədir. Mövsümü ikinci pillədə bitirəcəyi dəqiqləşən “Zirə”nin isə 67 xalı var.

Günün son matçı Tovuzda baş tutacaq. “Turan Tovuz” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək. Rəşad Əhmədovun idarə edəcəyi oyuna saat 19:30-da start veriləcək. Tovuz təmsilçisi hazırda 49 xalla dördüncü yerdədir. 37 xala malik “Neftçi” isə beşincidir.

Misli Premyer Liqası

IV dövrə, XXXIV tur

10 may

17:00. “Səbail” – “Zirə”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov.

VAR: Kamal Umudlu.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Azər Əsgərov.

“ASCO Arena”

19:30. “Turan Tovuz” – “Neftçi”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov.

VAR: Nicat İsmayıllı.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Tovuz şəhər stadionu

Qeyd edək ki, turun ötən gün baş tutan “Sabah” – “Şamaxı” matçında meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv