Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr – FOTOFAKT

Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr – FOTOFAKT






presstv

"Presstv"az #Avto, #avtomobil ehtiyat hissələri, #Bakı, #Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, #Quba

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun, Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayevin və “ƏR TRANSPORT” MMC-nin faktiki rəhbəri Ədalət Quliyevin həbsinin təfərrüatları məlum olub.

presstvaz Musavat.com-a istinadən xəbər verir ki, adı çəkilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həbs edilib.

Onlar ölkəyə idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində süni maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi müqabilində vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıblar.

Belə ki, onlar Pərviz adlı vətəndaşa məxsus şirkətin hesabına idxal edilmiş avtomobil ehtiyat hissələrinin gömrük rəsmiləşdirilməsində süründürməçilik yaradıblar. Malların buraxılması üçün vətəndaşdan 8 min manat rüşvət alıblar.

Rüşvət alınan şəxs Pərviz adlı vətəndaş olub. İstintaqla müəyyən edilib ki, Pərviz Elşan Adbullayevin tanışıdır. Onun Elşana pul borcu da olub.

Pərviz gömrükdən mal gətirən zaman onun yükləri Məzahir tərəfindən saxlanılıb. Əvvəlcə malların buraxılması üçün 22 min manat pul tələb edilib. Sonda 8 min manata razılıq əldə olunub. Həbs edilən şəxslər iddia ediblər ki, Pərviz Elşanın borcunu qaytarmadığı üçün belə bir oyun qurublar. Onlar Pərvizdən rüşvət yox, Elşanın borcunu geri almaq istəyiblər.

Rüşvət tələb ediləndən sonra Pərviz adlı şəxs DGK-yə məlumat verib. Bundan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Pərvizin üzərinə kamera yerləşdirilib və 6 min manat rüşvəti verən zaman təqsirləndirilən şəxslə saxlanılıb. İstintaq zamanı tərəflər arasındakı yazışmalar da sübut kimi ələ keçirilib.

Pərviz dindirilən zaman deyib ki, Elşana borcu olub. Amma bu rüşvət məsələsinin borcla heç bir əlaqəsi olmayıb. Onun sözlərinə görə, tələb edilən 8 min manatın 6 min manatını verdikdən sonra maşınlarını gömrükdən buraxıblar.

Plan belə olub ki, Elşan tanışlıqdan istifadə edib Pərvizə tələb edilən məbləği deyib. Elşan Pərvizdən pulu Ədalətə verməsini istəyib. Alınan pulun əsas hissəsi də Məzahirə çatıb.

İstintaq materiallarına əsasən tərəflər arasındakı yazışmaların bir hissəsini təqdim edirik:

Elşan: Pərvizin nömrəsi məndə yoxdur. Onun nömrəsini at, danışım.

Ədalət: Vaxt gedir, danış. Çalış ki, söz al. Asta-asta və sözünü de.

Ədalət: Tezləşdir. “Obeddən” sonra gec olacaq. Sonra gələcək üçün də heç nə edə bilməyəcəyik.

Ədalət: Onların qara siyahısında düşdünsə, getdin.

Elşan: Yığıram “adboy” verir. Bəlkə yazım buna? Nə məsləhət görürsən? Deyim ki, bu qədər ver, çəkil dur qıraqda. Mən də işini həll edim. Deyim ki, xaçmazlı kimi gömrükçülər mənə zəng vurub. Bəlkə belə deyim ona?

Ədalət: Əla, gözəl. De, malı tökəcəklər, eyniləşdirmə aparacaqlar, sayacaqlar, burnundan gələcək. Tam qorxut. De ki, 22 min ver, dur qıraqda. Gömrüyə nə keçiriləcəksə, özümüz keçirəcəyik.

Həbs edilən Elşanla Pərviz adlı vətəndaşın yazışması:

Elşan: Pərviz, o adam mənə zəng eləməyib. Fikrin varsa ver. Yoxdursa, deyim ki, bu adamın fikri yoxdur. O da işini bilsin. Yaxşı deyil. Mən istəmirəm, o zəng edib soruşsun ki, nə oldu, niyə vermədi?

Pərviz: Elşan müəllim, 100 faiz veriləcək. Mənim maşınım da oardadır. Qaçan yerim yox, maşını da çıxartmamışam. Düzdür, buraxılış verilib. Sağ olsun. İndi işdir oldu. Narahat olmayın çatdıracaqlar.

Məhkəmə təqsirləndirilən şəxsləri törədilən cinayət əməlində təqsirli bilərək ağır şəkildə cəzalandırıb.

Hökmə əsasən Məzahir İsmayılov 9 il 6 ay, Elşan Abdullayev və Ədalət Quliyev 9 il azadlıqdan məhrum ediliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv