Rayon camaatına kredit niyə yüksək faizlə verilir? – VİDEO

Rayon camaatına kredit niyə yüksək faizlə verilir? – VİDEO






presstv

"Presstv"az #Dollar, #Lənkəran, #Quba

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bəzi rayonlarda yaşayanlara kredit daha yüksək faizlə verilir. Mərkəzi Bankın məlumatına görə, xarici valyutada regionlara 5,65%-lə 4,3 milyard manat kredit verilib.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, dollarla ən baha kreditlərin verildiyi zonalara Mil-Muğan bölgəsi, Naxçıvan, Lənkəran-Astara, Dağlıq-Şirvan və Quba-Xaçmaz iqtisadi rayonları daxildir. Verilən kreditin faizləri isə əraziyə görə fərqlənir. Ən çox kredit faizi Mil-Muğan iqtisadi rayonunda, təxminən 16 faizdir.  Ekspertlər deyir ki, manatla kredit daha münasib, az risklidir.

Bəs sözügedən rayonlarda yüksək faizlə götürülən dollar kreditlərinin səbəbi nədir?

Yatırım olaraq vətəndaşların dollara üstünlük verdiyi kimi banklar da yüksək zərurətdə öncəliyi xarici məzənnə kreditlərinə verirlər. Lakin vətəndaş üçün yüksək faizlə götürülən belə kredit çox risklidir.

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, regionlara yönəlik kredit faizlərinin yüksək olmasında başqa faktorlar da rol oynayır.

Bəs, iqtisadi rayonlar üzrə faiz dərəcələri niyə bu qədər fərqlidir?

Bəzi ekspertlər hesab edir ki, bir iqtisadi rayonda xarici valyuta ilə 5-6, digər rayonlarda isə 15-16 faizlə kredit verilməsi də sual doğurur. Görünür, yüksək faizli kreditlər kənd təsərrüfatı sektoruna verilib. Çünki bu sektorda risklər yüksək olduğu üçün banklar kənd təsərrüfatını kreditləşdirməkdə heç də maraqlı deyillər.

Daha ətraflı videomaterialı təqdim edirik.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv