Xətai rayonunda Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert təşkil olunub

Xətai rayonunda Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert təşkil olunub






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Futbol, #Hakim, #Heydər Əliyev, #Milli Məclis, #Müharibə, #Vətən müharibəsi, #Xətai rayonu, #Yeni Azərbaycan Partiyası (YAP), #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xətai rayonunda Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert təşkil olunub.

Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, onun xatirəsi dərin ehtiramla yad edilib. Ardınca ümummilli lider Heydər Əliyev adına istirahət parkında yerləşən amfiteatr səhnəsində tədbir keçirilib. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Pərvanə Vəliyeva, Zahid Oruc, Yeni Azərbaycan Partiyası (YAP) Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev, Vətən müharibəsi qəhrəmanı Zaur Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələr, şəhid ailələri və qazilər və digərlər qonaqlar iştirak ediblər.

Keçirilən tədbirin rəsmi hissəsinin açılışında Azərbaycanın Dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Pərvanə Vəliyeva və Zahid Oruc, həmçinin Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev çıxış edərək müasir və müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında, eləcə də gənclərin milli ruhda tərbiyə olunmasında misilsiz xidmətlərindən bəhs ediblər.

Qeyd olunub ki, Heydər Əliyevin siyasi irsi bu gün də ölkəmizin inkişaf strategiyasının əsasını təşkil edir və bu yol ölkə başçısı tərəfindən uğurla davam etdirilir.

Tədbir çərçivəsində ümummilli liderin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin, eləcə də gənclər arasında keçirilən şahmat üzrə blitz və mini-futbol turnirlərinin qalibləri elan olunub və onlar diplomlar, hədiyyələr və fəxri fərmanlarla təltif ediliblər. Bu kimi tədbirlər gənclərin intellektual və fiziki inkişafına töhfə verməklə yanaşı, onların Heydər Əliyev irsinə bağlılığını daha da gücləndirir.

Daha sonra tədbir möhtəşəm konsert proqramı ilə davam etdirilib. Konsertdə bir çox məşhur incəsənət ustaları və gənc müğənnilərin ifasında ulu öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan mahnılar ifa edilib.

Sonda təşkil olunan atəşfəşanlıq səmanı al-əlvan rənglərə boyayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv