Artıq podkastlara da “Qızıl Qlobus” mükafatı veriləcək

Artıq podkastlara da “Qızıl Qlobus” mükafatı veriləcək






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2026-cı ildən etibarən “Qızıl Qlobus” mükafatında “Ən yaxşı podkast” kateqoriyası olacaq.

presstvaz “Deadline”a istinadən xəbər verir ki, bu barədə mükafatın təşkilatçıları məlumat veriblər.

“Ən yaxşı podkast” nominasiyası ilk dəfə 83-cü “Qızıl Qlobus” mərasimində təqdim olunacaq. Namizədlərin qısa siyahısına altı podkast daxil ediləcək. Onların mükafata namizəd olmaq üçün hansı meyarlara cavab verməli olduqları isə sonradan açıqlanacaq.

2026-cı il üzrə “Qızıl Qlobus” namizədləri 8 dekabrda elan olunacaq. Mükafatlandırma mərasimi isə 11 yanvarda keçiriləcək və 27 kateqoriya üzrə qaliblər açıqlanacaq. Mərasimin aparıcısı Nikki Qleyzer olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv