Allergiyanı yüngülləşdirmək üçün sarımsaq bal qarışımı

Allergiyanı yüngülləşdirmək üçün sarımsaq bal qarışımı






presstv

"Presstv"az #Allergiya, #Çin, #Həkim, #Sağlamlıq, #sarımsaq, #Soyuqdəymə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sarımsaq balı, ənənəvi Çin təbabətində yüksək dəyərləndirilir və artıq 2500 ildən çoxdur ki, tətbiq olunan kompleks müalicə sisteminə daxildir. Ancient Digin səhifəsində allergiya tutmaları zamanı sarımsaq balının faydaları barədə məlumat paylaşılıb. Sarımsaq balı mikroblara qarşı və orqanizmi təmizləyici xüsusiyyətlərə malikdir, həzmi yaxşılaşdırır və sarımsağın rahatlaşdırıcı və nəmləndirici təsiri bal ilə mükəmməl uyğunlaşır.

presstvaz sarımsaq bal reseptini təqdim edir:

Niyə məhz sarımsaq balı?

Allergiyanı azaldır – Sarımsaq və balın iltihab əleyhinə xüsusiyyətləri allergiya simptomlarını yüngülləşdirə və ümumi tənəffüs funksiyasını yaxşılaşdıra bilər.

İmmuniteti gücləndirir – Antimikrob və antiviral xüsusiyyətlərə malikdir, bu da orqanizmi qoruyur.

Tənəffüs yollarını qoruyur – Soyuqdəymə, öskürək və digər tənəffüs yolu problemlərinə qarşı rahatlaşdırıcı təsir göstərir.

Həzm sistemini dəstəkləyir – Sağlam həzmi təşviq edir və mədə-bağırsaq problemlərini yüngülləşdirir.

Ürək sağlamlığını yaxşılaşdırır – Qan dövranını sürətləndirir və xolesterinin səviyyəsini azaldır.

Sarımsaq balı necə hazırlanır?

Tərkibi

Təzə sarımsaq dişləri

Orqanik bal

Hazırlanma qaydası

Sarımsağı təmizləyin və xırda doğrayın. Təmiz bir şüşə bankaya yerləşdirin. Üzərinə bal əlavə edin, elə ki, sarımsaq tamamilə balın içində qalsın. Bankanı bağlayın və bir neçə gün otaq temperaturunda dəmlənməyə qoyun.

İstifadə qaydası

Gündəlik sağlamlıq üçün – Hər gün bir qədər sarımsaq balı qəbul edin. Soyuqdəymə, allergiya və tənəffüs problemləri zamanı – Gündə bir neçə dəfə 1-2 çay qaşığı qəbul edin.

Yüksək keyfiyyətli, orqanik məhsullardan istifadə edin. Hər hansı yeni vasitəyə başlamazdan əvvəl həkimlə məsləhətləşin. Əgər bal və ya sarımsağa qarşı allergiyanız varsa, bu vasitədən istifadə etməyin. Sarımsaq balını otaq temperaturunda, şüşə qabda saxlayın. /lent.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv