Pomidor sürətlə ucuzlaşacaq – bu tarixdən

Pomidor sürətlə ucuzlaşacaq – bu tarixdən






presstv

"Presstv"az #Azərbaycan, #Qida məhsulları

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xəbər verdiyimiz kimi Türkmənistandan idxal edilən pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə  nümunələrin laborator müayinəsi nəticəsində 11 məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb.

Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, Türkmənistandan pomidor idxalına müvəqqəti qadağa qoyulub, Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə bildiriş məktubu göndərilib.

Bəs, bu qərar daxili bazara necə təsir edəcək?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, hazırda istixana mövsümü başa çatır:

"Yaxın günlərdə havanın temperaturu 25 dərəcəni keçəcək. Bununla da istixanalar yay rejimində fəaliyyətlərini davam etdirəcək. Belə vəziyyətdə AQTA-nın idxalla bağlı müvafiq qərarı bazarda qiymətlərin sabitləşməsinə səbəb olacaq. Artıq pomidorun baha satıldığı dövr başa çatmaqdadır. Bundan sonra pomidorun qiyməti sürətlə ucuzlaşacaq.

Beləliklə də bundan sonra alıcılar yox, satıcılar qiymətdən narazılıqlarını ifadə edəcəklər. Ona görə də AQTA-nın son qərarı daxili bazarın qorunmasına xidmət etsə də, bu davamlı olmalıdır. Əhaliyə aşağı qiymətə və keyfiyyətli qida məhsullarının çatdırılması üçün müvafiq qurumlar bütün zəruri tədbirləri görməlidir".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv