Vüqar Bayramov: “Hazırda büdcə gəlirlərimiz 38 milyard manatdan çoxdur”

Vüqar Bayramov: “Hazırda büdcə gəlirlərimiz 38 milyard manatdan çoxdur”






presstv

"Presstv"az #Azərbaycan, #Depressiya, #Hakim, #Heydər Əliyev, #İlham Əliyev, #Mehriban Əliyeva, #Milli Məclis, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında, eləcə də cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandı. Ulu öndərin siyasi uzaqgörənliyi nəticəsində ictimai-siyasi həyatda stabilliyin əldə edilməsi ilə yanaşı, ölkə iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi”.

presstvaz xəbər verir ki, bunu Milli Məclisin bugünkü xüsusi iclasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, ümummilli lider yenidən hakimiyyətə gələndə Azərbaycanın ümumi daxili məhsul istehsalı 375 milyon manat idi:

“2002-ci ildə isə Azərbaycan iqtisadiyyatı 6.1 milyard manata qədər yüksəldi. Büdcə gəlirlərimiz 100 milyon manat idisə, hazırda gəlirlərimiz 38 milyard manatdan çoxdur. Əgər ölkə iqtisadiyyatı 1995-ci ildə 11.8 faiz kiçilmişdisə, 1996-cı ildə 1.3 faiz artım dərin depressiyanın sonu oldu. Ümummilli liderin hakimiyyətə qayıdışından sonra Azərbaycan iqtisadiyyatında əldə edilən uğurları iki mərhələdə qruplaşdırmaq mümkündür. 1993-2003-cü illəri əhatə edən birinci mərhələdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət tənəzzülün aradan qaldırılmasına, stabilliyin və iqtisadi inkişafın formalaşmasına imkan yaratdı. Bu mərhələdə əldə edilən uğurlar növbəti dövrdə Azərbaycanda sürətli iqtisadi inkişafın reallaşmasına baza formalaşdırdı. 2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə dayanıqlı və inklüziv iqtisadi inkişafın qorunub saxlanması, ölkəmizin regional və qlobal məsələlərdə mövqeyinin daha da gücləndirilməsi və müasir çağırışlara uyğun yeni iqtisadi modelin formalaşmasına nail olundu”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv