İran İsrailin Londondakı səfirliyinə hücumun planlaşdırılmasında iştirakını inkar edir

İran İsrailin Londondakı səfirliyinə hücumun planlaşdırılmasında iştirakını inkar edir






presstv

"Presstv"az #Böyük Britaniy, #Böyük Britaniya, #İran, #İsrail, #London

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İran İsrailin Londondakı səfirliyinə hücumun planlaşdırılmasında iştirakını inkar edir”.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Bildirilir ki, bununla bağlı İranın xarici işlər naziri Abbas Əraqçı özünün “X” səhifəsində yuxarıda adıçəkilən səfirlikdə 4 İran vətəndaşının terror aktı planlaşdırması ilə bağlı Britaniya KİV-də yayılan xəbərləri şərh edərkən yazıb.

Onun sözlərinə görə, İran tərəfinə müvafiq diplomatik kanallar vasitəsilə hər hansı ittihamla bağlı məlumat verilməyib.

“Diplomatiyaya xələl gətirmək və eskalasiyaya təhrik etmək üçün can atan, son variantlara, o cümlədən saxta bayraq əməliyyatlarına əl atan üçüncü tərəflərin əməlləri var”, – deyə nazir vurğulayıb.

O, səsləndirilən iddiaların araşdırılması üçün Böyük Britaniyanı əməkdaşlığa çağırıb.

Xatırladaq ki mayın 4-də Britaniyanın terrorla mübarizə polisi dördü İran vətəndaşı olmaqla, beş nəfəri terror aktı hazırlamaq şübhəsi ilə həbs edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv