Azərbaycan və Türkiyə Milli Müdafiə universitetləri arasında keçirilən yüksək dialoqa yekun vurulub

Azərbaycan və Türkiyə Milli Müdafiə universitetləri arasında keçirilən yüksək dialoqa yekun vurulub






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Audi, #Azərbaycan, #elmi tədqiqat, #Heydər Əliyev, #Hərbi Hava Qüvvələri, #Müharibə, #Quru Qoşunları, #Təhsil, #Türkiyə, #Universitetlər, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Azərbaycan və Türkiyə Milli Müdafiə universitetləri arasında Təlim-Tədris Prosesinin Təkmilləşdirilməsi üzrə yüksək dialoq öz işini uğurla yekunlaşdırıb.

presstvaz xəbər verir ki, Azərbaycanın Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda baş tutan tədbirdə hər iki ölkənin hərbi ali təhsil müəssisələrinin rektorları, generallar, zabitlər, professor-müəllim heyəti və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir çərçivəsində iştirakçılar Hərbi İnstitutun tədris prosesi, kursantların hazırlıq səviyyəsi və professor-müəllim heyətinin fəaliyyəti ilə yaxından tanış olublar. Eyni zamanda, zəngin eksponatlara malik institutun muzeyi ziyarət edilib, əraziyə baxış keçirilib və mövcud infrastruktur barədə ətraflı məlumat verilib.

Təqdimatlar zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, hərbi təhsilin gələcək inkişaf perspektivləri, metodoloji yanaşmalar və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin 5-ci ildönümünə həsr olunan “Zəfər auditoriyası”nda sərgilənən “Qarabağ Azərbaycandır!” tablosunun yaradılma prosesi də iştirakçılara təqdim olunub.

Yüksək dialoqun sonuncu günündə təşkil olunan iclaslarda Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Hərbi İdarəetmə və Hərbi Elmi Tədqiqat institutları, hərbi kolleclər və Xarici Dillər Mərkəzini təmsil edən işçi qrupların mütəxəssisləri tərəfindən məruzələr təqdim olunub.

Məruzələrdə Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində mövcud əməkdaşlıq formatları, inkişaf istiqamətləri və qarşıda duran hədəflər ətraflı şəkildə təhlil edilib. Həmçinin qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Tədbirin sonunda çıxış edən Azərbaycan və Türkiyə Milli Müdafiə universitetlərinin rektorları – general-mayor Gündüz Əbdülov və professor Erhan Afyoncu yüksək dialoqun ikitərəfli strateji əməkdaşlığın dərinləşməsinə verdiyi töhfəni yüksək qiymətləndirib, bu kimi təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Sonda iştirakçılarla xatirə şəkli çəkdirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv