“Azercell”in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu

“Azercell”in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu






presstv

"Presstv"az #Azercell, #Azərbaycan, #Bakı, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Sağlam həyat tərzi, #Türkiyə, #Ukrayna, #Yaponiya, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci il mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü və “Azercell”in eksklüziv tərəfdaşlığı ilə paytaxtın ənənəvi kütləvi idman tədbiri olan “Bakı Marafonu” uğurla baş tutdu. Builki marafon da müxtəlif yaş qruplarından olan minlərlə insanı bir araya gətirərək sağlam həyat tərzi ətrafında birləşdirdi.

“Küləyə qalib gəl” şüarı altında təşkil olunan qaçış üçün təxminən 28 000 nəfər müraciət etmişdi. Yarış iştirakçıları Dövlət Bayrağı Meydanından start götürərək 21 kilometrlik dairəvi marşrut üzrə mübarizəyə qoşuldular. Lider mobil operatorun dəstəyilə keçirilən marafonda artıq bir neçə ildir ki, atletlərin nişan nömrələrinə xüsusi rəqəmsal xronometrlər (timekeeper) yerləşdirilir. Bu elektron cihaz nəticələrin real zaman rejimində qeydə alınmasını və maksimal dəqiqliyini təmin edir.

Kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin oldu. Ukraynalı Vitali Şafar finiş xəttini ikinci, Türkiyənin digər təmsilçisi Murat Emekdar isə üçüncü keçdi. Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç birinciliyə nail oldu. Azərbaycanlı Anna Yusupova yarışı ikinci, Yaponiyadan olan atlet Eriko Soma isə üçüncü pillədə tamamladılar.

“Azercell Telekom” qalibləri xüsusi hədiyyələrlə mükafatlandırdı. Mobil operator ənənəyə sadiq qalaraq tədbirin fərqlənmiş tələbə iştirakçılarını da diqqət mərkəzində saxladı.

“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi “Azercell” səhifəsinə daxil olun.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv