Bir yaşlı əkizlərin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

Bir yaşlı əkizlərin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var






presstv

"Presstv"az #Ailə, #Biləsuvar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir yaşlı Həsən və Zeynəb Fərzəliyevlərin yardımsevər şəxslərin dəstəyinə ehtiyacları var.

presstvaz bildirir ki, bu barədə Oxu.Az-a onların atası Elnur Fərzəliyev məlumat verib.

O bildirib ki, övladlarının ikisi də bronxial astma xəstəliyindən əziyyət çəkir:

“Həsən və Zeynəb əkizdirlər. Yoldaşımın hamiləlik dövründə səhhətində ciddi problemlər yarandı. Buna görə də uşaqlar vaxtından tez dünyaya gəldilər. Doğulduqları gündən etibarən bir müddət küvəzdə qaldılar. Daha sonra isə övladlarımızı da götürüb evə gəldik. Uşaqların müayinələri zamanı onların bronxial astma xəstəliyindən əziyyət çəkdiklərini öyrəndik. Aylardır onların müalicələrini bir təhər etmişəm, indi isə, demək olar ki, tükənmişəm”.

Elnur Fərzəliyev övladlarının müalicəsi üçün dəstəyə ehtiyacı olduğunu bildirib:

“Bizim Həsən və Zeynəbdən başqa iki övladımız da var. Özümüz Biləsuvar rayonunda yaşayırıq, elə rayonumuzda da fəhləlik edirəm. Tək fəhləliklə dörd uşağa baxmaq, inanın ki, mümkünsüzdür. Hazırda əkizlərin müalicəsini davam etdirmək üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 870-34-54.

“Kapital Bank”: 4169 7388 2158 6249.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv