Roman Qriqorçuk Ukraynada qalmaqala səbəb olub

Roman Qriqorçuk Ukraynada qalmaqala səbəb olub






presstv

"Presstv"az #Hadisə, #Neftçi, #Niger, #Nigeriya, #Premyer Liqası, #Qəbələ, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk ölkəsi Ukraynada qalmaqalla gündəmə gəlib.

presstvaz “Topensports”a istinadən xəbər verir ki, hazırda LNZ klubunu çalışdıran 60 yaşlı mütəxəssis komandanın legioneri Fransis Momonu düşərgədən uzaqlaşdırıb.

Belə ki, Qriqorçukun qərarı ilə nigeriyalı hücumçu U-19 komandasına göndərilib. Baş məşqçi bunu 24 yaşlı forvardın zəif çıxışı ilə əlaqələndirib. Lakin yerli KİV Qriqorçukla Momo arasında klub daxilində qalmaqal yaşandığını və qərarda bu hadisənin həlledici olduğunu iddia edib.

LNZ hazırda Ukrayna Premyer Liqasında 27 turdan sonra 28 xalla 12-ci pillədə qərarlaşır. Komandanın elitanı tərk etmək təhlükəsi var. Belə bir vəziyyətdə Çerkası klubunda problemin yaranması rəhbərliyi də təşvişə salıb.

Qeyd edək ki, Roman Qriqorçuk 2014-2018-ci illərdə “Qəbələ”də, ötən il isə “Neftçi”də çalışıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv