Ayaqyolundakı bakteriya buludu: Sağlamlığa necə təsir edir?

Ayaqyolundakı bakteriya buludu: Sağlamlığa necə təsir edir?






presstv

"Presstv"az #Araşdırma, #Bakteriya, #Çin, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tualetin qapağını bağlayaraq suyu çəkmək, havaya yayılan bakteriyaların sayını azaldır. Tualetdə suyu çəkdikdə, havaya gözlə görünməyən su damcıları çıxır və bu damcılar təhlükəli bakteriyaları daşıya bilər.

Alimlərin araşdırmalarına görə, bağırsaq çöpləri (Escherichia coli) və qızılı stafilokok (Staphylococcus aureus) tualetdən havaya yayılan ən geniş yayılmış bakteriyalardır. Bu bakteriyalar mədə-bağırsaq və tənəffüs yolları infeksiyaları riskini artırır.

presstvaz lent.az-a istinadən bu mövzu ilə bağlı maraqlı faktları təqdim edir:

Çində aparılan araşdırma göstərib ki, boş tualet çəkildikdən sonra havadakı bakteriyaların konsentrasiyası çirkli tualetlə müqayisədə 16-43 faiz daha az olur. Bununla yanaşı, tualet otaqlarında yaxşı havalandırma sistemlərinin olması havadakı bioaerozolların miqdarını əhəmiyyətli dərəcədə azaldır və sağlamlıq üçün təhlükəni minimuma endirir.

Nəticələrimiz ictimai tualetlərdə bioaerozollara məruz qalma ilə bağlı sağlamlıq risklərini vurğulayır. Ventilyasiya sistemlərinin səmərəliliyini artırmaq və hava dövriyyə sürətini optimallaşdırmaq bioaerozolların konsentrasiyasını və onların insanlara təsirini effektiv şəkildə azalda bilər.

Əvvəlki araşdırmalar da göstərib ki, tualet suyu bir neçə dəfə çəkilsə belə, xəstəlik yaradan mikroblar hələ də orada qalır. Lakin suyu çəkməzdən əvvəl qapağı bağlamaq havaya yayılan bakteriyaların miqdarını xeyli azaldır.

Mütəxəssislərin fikrincə, bu bakteriyaların insan orqanizminə düşməsi spazmlar, ürəkbulanma, ishal və qusma kimi simptomlara səbəb ola bilər. Lakin tualet otağında ventilyasiya sistemindən istifadə infeksiyaya yoluxma riskini 10 dəfə azaldır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv