Onlara pulsuz mənzil veriləcək – Sadəcə bu sənədlər lazımdır

Onlara pulsuz mənzil veriləcək – Sadəcə bu sənədlər lazımdır






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Bələdiyyə, #Hakim, #Müharibə, #Nazirlər Kabineti, #Sərəncam, #Təhsil, #Vətən müharibəsi, #Vəzifə, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qanunvericiliyə edilən son dəyişikliklərdən sonra kimlərə pulsuz mənzillərin verilməsi ilə bağlı bizə xeyili suallar ünvanlanmaqdadır. Azərbaycan Prezidentinin müvafiq sərəncamları və Nazirlər Kabinetinin qərarları ilə bəzi vətəndaşlarımızın dövlətdən pulsuz mənzil almaq hüquqları var.

Kimlər pulsuz mənzil ala bilərlər?

Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri dövlət büdcəsi hesabına mənzil ilə təmin olunurlar. Eyni zamanda, 16 avqust 2021-ci il tarixə kimi uçota alınmış gözdən əlilliyi olan şəxslər və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün də pulsuz mənzillər nəzərdə tutulub. Yəni, gözdən əlilliyi olan vətəndaşlarmız və eləcə də valdeyinlərini itirmiş uşaqlar üçün də pulsuz mənzil təminatı həyata keçirilir.

presstvaz xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

"Qanunvericiliyə əsasən, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslər, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri üçün bu imtiyaz nəzərdə tutulub.

Pulsuz mənzil almaq üçün hansı sənədlər təqdim olunmalıdır?

Qeyd edilən imtiyazlı kateqoriyaya uyğun vətəndaşlarımız pulsuz mənzil almaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Ailə üzvü olan hər bir şəxsin şəxsiyyət vəsiqəsinin surətləri;

2. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün mülkiyyətlərində daşınmaz əmlakın olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış;

3. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün qeydiyyat ünvanları üzrə bələdiyyədən arayış;

4. mənzil növbəsində olması haqqında müvafiq yerli icra hakimiyyəti orqanının sərəncamının surəti;

5. əlilliyini təsdiq edən müvafiq sənədin və ya şəhid ailə üzvü vəsiqəsinin surəti;

6. Qeydiyyatda olduğu ünvandan arayış (Forma-2, evin kimə məxsus olması barədə sənədin surəti);

7. faktiki yaşayış yerindən arayış (evin kimə məxsus olması barədə sənədin surəti);

8. ailə vəziyyəti ilə bağlı digər sənədlər.

Yuxarıda göstərilən imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq və ailə tərkibi nəzərə alınmaqla növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilirlər", – V.Bayramov bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv