Tramp 3-cü dəfə prezident olacaq? – AÇIQLAMA

Tramp 3-cü dəfə prezident olacaq? – AÇIQLAMA






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-ın prezidenti Donald Trampın üçüncü müddətə prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı spekulyasiyalar səngimək bilmir. Bu söz-söhbətlərə səbəb olan əsas faktlardan biri Trampın rəsmi mağazasında "Trump 2028" yazılı məhsulların satışa çıxarılmasıdır.

presstvaz xəbər verir ki, "TİME"a verdiyi müsahibədə Tramp bu suallardan yayınaraq "Mən boşluqlara inanmıram, istifadə etməyə də meylli deyiləm" deyib. ABŞ Konstitusiyasının 22-ci düzəlişinə əsasən, bir şəxs yalnız iki dəfə prezident ola bilər və bu, Tramp üçün nəzəri cəhətdən sonuncu müddət deməkdir.

Lakin məsələ bununla bitmir. Aprelin 28-də "The Atlantic"ə verdiyi müsahibədə Tramp üçüncü dəfə namizədliyini irəli sürmək niyyətində olmadığını bir daha bildirib. Bu açıqlamasına baxmayaraq, spekulyasiyalar davam edir.

NBC-nin "Meet the Press" proqramına mayın 4-də qatılan Tramp bu dəfə məsələni aydınlaşdıraraq, üçüncü müddətə namizədliyə qarşı olduğunu bir daha vurğulayıb:
"Mən dörd gözəl il yaşayıb onu kiməsə təhvil vermək istəyirəm. İki müddətlik prezidentlik mənim üçün kifayətdir" – deyə Tramp bildirib.

Bununla belə, Tramp əlavə edib ki, üçüncü müddət üçün ona "heç vaxt olmadığı qədər" təzyiq göstərilir və çoxlu sayda insan bunu etməsini istəyir. Lakin o, MAGA ("Make America Great Again") hərəkatının artıq onun iştirakı olmadan da güclü şəkildə davam edə biləcəyini söyləyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv